Qurban Bayramı münasibətilə veloyürüş keçirilib

Həvəskar velosipedçilərdən ibarət “VS GROUP” klubunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Qurban Bayramı münasibətilə veloyürüş təşkil edilib.

Newsport.az-ın məlumatına görəyürüşdə qrupun yaşı 15-dən 60-dək olan 30-a yaxın üzvü iştirak edib.

Yürüş iştirakçıları arasında azərbaycanlı həvəskar velosipedçilərlə yanaşı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Bolqarıstan, Sloveniya, Serbiya, Ukrayna və Tacikistandan olan paytaxtımızın qonaqları, həmçinin Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvləri də olub. Buzovna-Şüvəlan marşrutu üzrə 17,5 km-lik marşrutu qət edən velosipedçilər yürüşü “Dalğa Arena”da başa çatdırıblar.

Veloyürüşdə iştirak edən əcnəbi qonaqlara Qurban Bayramı haqda ətraflı məlumat verən “VS GROUP” klubunun təşkilatçıları ölkəmiz üçün əhəmiyyətli olan günlərdə bu cür yürüşləri yenidən təşkil edəcəklərini və velosiped idman növünün təbliğinə bundan sonra da çalışacaqlarını bildiriblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right