Yeniyetmə və gənclərdən ibarət millilərimizin Türkiyə uğuru

Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız Ordu şəhərində Türkiyə birinciliyində uğurla çıxış ediblər.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi ilə qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.
 
Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib.

O, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.
 
Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right