"Tour d' Azerbaidjan-2018"olmayacaq LƏĞV EDİLDİ

Bir neçə ildir ki, ard-arda ölkəmizdə keçirilən 2.1 kateqoriyalı ənənəvi "Tour d'Azerbaidjan-2018" veloyürüşü ləğv olunub.

Bu barədə Newsport.az-a açıqlamasında Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev  deyib:

“Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”.

Lakin redaksiyamıza daxil olan özəl məlumata görə, yarışın keçirilməmə səbəb yarışın baş sponsoru "Synergy Group"un ənənəvi turnirə bu il vəsait ayırmaqdan imtinasıdır. Keçmiş vergilər naziri Fazil Məmmədova məxsus şirkət yarışı keçirməyə vəsaitinin olmadığını bildirib.

Qeyd edək ki, "Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right