Azərbaycan çempionatlarında təxirəsalma - Küləyə görə

Güclü külək Azərbaycanda bəzi idman növləri üzrə çempionatların oyunlarının təxirə salınmasına səbəb olub.

Newsport.az xəbər verir ki, qadın voleybolçular arasında Azərbaycan Super Liqasında keçirilməli olan 9-cu turun görüşləri təxirə salınıb.

Bundan başqa, hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının keçirəcəyi yarışa da təsirsiz ötüşməyib. Federasiyanın təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan kriterium üzrə Bakı çempionatının 1-ci turu təxirə salınıb. Bu yarış aprel ayının 6-7-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right