Prezident İlham Əliyevə BMX üzrə dünya çempionatının ilk bileti təqdim edilib

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
 
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəliblər. Burada onlar idman federasiyalarının stendləri ilə də tanış olublar.
 
Son illər ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də velosiped idmanıdır. 2016-cı ilin avqustunda İsmayıllırayonunda “ISMA Bikes” velosiped istehsalı zavodunun fəaliyyətə başlaması ölkəmizdə bu idman növünün inkişafına böyük təkan verib. Hazırda bu müəssisədə istehsal olunan velosipedlərə ölkə daxilində və və xaricdə böyük maraq var.
 
2018-ci il iyunun 5-9-da Azərbaycanda BMX velosipedi üzrə dünya çempionatı keçiriləcək. Çempionatda təxminən 2 min velosipedçinin iştirakı nəzərdə tutulur. Bu çempionatın keçiriləcəyi BMX treki beynəlxalq standartların dəyişməsi ilə əlaqədarötən il tamamilə yenidən qurulub.
 
BMX üzrə 2018-ci il dünya çempionatının yarış direktoru Ted Fişer hazırlıq işləri ilə bağlı ətraflı məlumat verərək Prezidentİlham Əliyevə mötəbər yarışın ilk biletini təqdim etdi.

Azərtac





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right