Əməkdar məşqçinin xatirəsinə turnir keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün nəzərdə tutduğu təqvim planına əsasən, Respublika Velotrekində Azərbaycanın Əməkdar Məşqçisi Leonid Novikovun xatirəsinə həsr olunmuş turnir keçirilib.

Newsport.az saytının məlumatına görəilin son yarışında 50-yə yaxın idmançı mübarizə aparıb.

Gənc oğlanların yarışında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvləri fərqləniblər – İvan Orlov 1-ci, Əli Qurbanov 2-ci, Nəcəf Bağırov isə 3-cü yeri tutub.

Yeniyetmə oğlanlar arasında da adıçəkilən məktəbin üzvü çempion olub – Nikita Sitov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 2-ci yerə onun komanda yoldaşı Kamran Mirzəxanov layiq görülüb. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin yetirməsi Əhməd Əhmədov tamamlayıb.

Qızlar arasında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçiləri Ayan Xankişiyeva ilə Elfanə Camalova 1-ci və 2-ci olublar. 8 saylı Olimpiya İdman Məktəbinin yetirməsi Viktoriya Sidorenko isə 3-cü yeri tutub. Qalib və mükafatçılar medal və kubok, həmçinin xatirə hədiyyələri ilə təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right