“9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə veloyürüş keçirilib

Suraxanı rayonu Heydər Əliyev parkında xüsusi tərtibatla bəzədilmiş “Bayraq meydanı”nda  Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib.

Newsport.az-ın məlumatına görəəvvəlcə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, daha sonra isə “9 noyabr - Dövlət Bayrağı günü” münasibətilə məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin çəkdikləri rəsmlərə baxdılar.

Tədbir dövlət himninin oxunması ilə başlandı. Daha sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və AzVİF-in baş katibi Fərhad Əliyev bildirdilər ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz və milli kimliyimizdir. Bu cür əlamətdar günlərdə belə tədbirlərin keçirilməsi də yüksək qiymətləndirdi.

Sonra Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”ndan velosipedçilərin yürüşünə start verildi. 100-dən çox velosipedçi rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəldilər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına qayıtdılar. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri rayon sakinləri böyük coşqu ilə salamladılar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right