Bakıda BMX üzrə Dünya Test Yarışı keçiriləcək

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar oktyabrın 28-29-da BMX Veloparkında Dünya Test Yarışı keçiriləcək. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan yarış kifayət qədər yüksək hesab edilən C1 kateqoriyasına aiddir.

Newsport.az-ın məlumatına görə, Test yarışında Rusiya Federasiyası, Fransa, Türkiyə, Yaponiya, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edəcək. Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.

Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu istifadəyə edilib. 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

Test yarışının proqramına əsasən, oktyabrın 28-i saat 10:00-dan 12:00-dək iştirakçılar praktiki yürüşlərdə mübarizə aparacaqlar. Oktyabrın 29-u saat 19:00-da isə final mərhələsi start götürəcək və Dünya Test Yarışının qalibləri müəyyənləşəcək.

SOSİAL MEDİA:

Rəsmi sayt: http://bakubmx2018.com

Facebook: 2018 UCI BMX World Championships

İnstagram: bakubmx2018

Twitter: 2018 UCI BMX WC





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right