Çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatdı

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda və Bakı Olimpiya Stadionu ətrafındakı yollarda çoxgünlük ötüşmələr üzrə Açıq Azərbaycan çempionatı keçirilib.

Newsport.az-ın məlumatına görə3 gün davam edən yarışda Gürcüstan və Rusiya Federasiyası velosipedçiləri də iştirak edib.

3 mərhələnin yekununa əsasən, gənclər kateqoriyasında 1-ci yerə yığma komandamızın üzvü Kərim Şirəliyev layıq görülüb – o 1-ci mərhələni 1-ci, 2-ci və 3-cü mərhələləri isə 2-ci sırada tamamlayıb. İlk yarış günündə finiş xəttini 2-ci, sonrakı günlərdə isə 1-ci keçən yığmamızın digər üzvü İvan Orlov ümumi təsnifatda Kərimdən 24 saniyə geri qalmaqla 2-ci yeri tutub. İlk üçlüyü isə Rusiya federasiyasından gəlmiş Telman Vəliyev tamamlayıb.

2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında qalib adını Qadir Mustafayev qazanıb – o ilk mərhələdə 7-ci, 2-cidə isə 3-cü olsa da, sonuncu yarış günündə geriliyi aradan qaldırmağa müvəffəq olub və fəxri kürsünün ən yüksək piləsinə qalxıb. Nəcəf Bağırov ilk 2 mərhələdə 1-ci nəticə göstərməsinə rəğmən, sonuncu yarış günündə liderliyi Qadirə təhvil verib və ümumi təsnifatda 2-ci yeri tutub. Gürcüstan yığma komandasının üzvü Avtandi Piranaşvili isə Açıq Azərbaycan birinciliyinin bürünc medalına layiq görülüb. Fərqlənən idmançılar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right