İtaliya və Belarusdan növbəti reytinq xalları

Velosiped idmanının şosse növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətar olub - idmançılarımız bu yarışlarda üst-üstə 33 xalı əldə ediblər.

Newsport.az saytının məlumatına görəİtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli Dünya Turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. 1-ci mərhələdə komanda ötüşməsində 7-ci olan Pavluxinanın qazancı 10 xal olub. 10 mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.

Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük "Minsk Cup" yarışında isə ölkəmizin Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib - o 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.

 

Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right