Cüt ötüşmələr üzrə Azərbaycan Kuboku yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, cüt ötüşmələr üzrə Azərbaycan Kuboku uğrunda yarış keçirilib.

Newsport.az-ın məlumatına görəturnirdə müxtəlif yaş qrupları üzrə 21 cütlük mübarizə aparıb.

2001-2002-ci il təvəllüdlü oğlan velosipedçilərin 24 km məsafəyə mübarizəsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçiləri Osman Qəhrəmanlı-Şahin Eyvazov duetinin qələbəsilə başa çatıb.

2001-2001 (24 km)

1. Osman Qəhrəmanlı / Şahin Ayvazov (OEQİUVM) - 00:39:24

2. Qadir Mustafayev  / Nəcəf Bağırov (OEQİUVM) - 00:40:40

3. Bəylər Ağayev - Ramazan Əliyev (OEQİUVM) - 00:40:53

1999-2000-ci il təvəllüdlü oğlanlar da 24 km məsafəyə yarışıblar və bu kateqoriyada "Lokomotiv" klubunun nümayəndələri Mahmud Məmmədovla Vüqar Nəsibov ən yaxşı nəticə göstəriblər.

1999-2000 (24 km)

1. Mahmud Məmmədov / Vüqar Nəsibov (Lokomotiv) - 00:37:55

2. Mikayıl Səfərli / Xankişi İsgəndərov (8OEQİUVM) - 00:38:02

3. İvan Orlov / Əli Qurbanov (OEQİUVM) - 00:38:21

2003-2004-cü il təvəllüdlü yeniyetmə oğlanlar güclərini 16 km məsafəyə yarışda sınayıblar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbininin üzvləri Nikita Sitovla Natiq Meydərov bütün rəqiblərini qabaqlamaqla ən yüksək nəticə göstəriblər.

2003-2004 (16 km)

1. Nikita Sitov / Natiq Meydərov (OEQİUVM) - 00:26:55

2. Nofər Nuriyev / Əli Əsgərov (Lokomotiv) - 00:27:23

3. Elmir Əliyev / Rəşad Ağayev (OEQİUVM) - 00:30:00

Və nəhayət, 16 km məsafəyə ən güclüləri müəyyənləşdirən qızlar arasında 1-ci yerə 8 saylı Olimpiya İdman Məktəbinin yetirmələri Ayan Xankişiyeva və Elfanə Camalovadan ibarət duet çıxıb.

Qızlar (16 km)

1. Ayan Xankişiyeva / Elfanə Camalova (8OEQİUVM) - 00:28:12

2. Validə Cabbarova / Viktoriya Sidorenko (8OEQİUVM) - 00:28:25

3. Məleykə İsgəndərova (OEQİUVM) / Lalə Əbdürəhmanova (8OEQİUVM) - 00:32:11





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right