Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yarış keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu, 54 saylı orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" devizi altında velosiped yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə, yarışda məktəbin 5-8-ci siniflərinin şagirdləri iştirak ediblər.

Estafet sistemi üzrə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli və Hüseyn Məmmədov öz həmyaşıdları arasında 1-ci yerə layiq görülüblər. Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva və Səid Hüseynov 2-ci, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov isə 3-cü yeri tutublar.

Fərqlənən şagidrlər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right