"Tour d`Azerbaidjan"a yüksək qiymət

2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.
Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) UCI-dan daxil olmuş məktubda bildirilir. 
 
Qeyd olunub ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda vurğulanıb. 
 
Xatırladaq ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı Pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right