Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatı keçirilib.

Newsport.az-ın məlumatına görəYarışda Elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.

Gözlənildiyi kimi, medalları ölkəmizin "Synergy Baku" kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıb. 30 km məsafəyə fərdi ötüşmədə Elit yığma komandamzın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.

112 km məsafəyə qrup ötüşməsində isə Elit yığma komandamzın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. 2-ci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə 3-cülüklə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right