"Bu qələbə Azərbaycanda qalib gəldiyim üçün önəmlidir" - Kiril Pozdnyakov

"Azərbaycan turu - 2017"nin son qaliblərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Newsport.az 4 velosipedçinin iştirakı ilə keçirilən mətbuat konfransında səsləndirilmiş fikirləri təqdim edir.

Kris Neiland (son mərhələnin qalibi): “Bu gün yarışa başlayanda mərhələnin qalibi olmağı planlaşdırırdıq. Buna da splinterlərin vasitəsilə edəcəyimizi düşünürdük. Son dövrənin 2-ci döngəsinə girəndə ayaqlarımda hələ yetərincə güc qaldığını hiss etdim və nəticədə sürətimi artırıb, finişi birinci keçdim”.

Edvin Avila (yaşıl köynəyin sahibi): “Bu ay ərzində 2-ci dəfə yaşıl köynəyə sahib oluram. Buna görə çox şadam”.

Xon Rodriqes (bənövşəyi köynəyin sahibi): “Hələ gəncəm. İrəlidə məni böyük uğurlar gözləyir. Bu köynəyə yiyələnməyim komanda üçün yaxşı nəticədir. Ancaq hələ daha böyük uğurlar üçün çox addım atmalıyıq”.

Kiril Pozdnyakov (göy köynəyin sahibi və ümumi mərhələnin qalibi): “Qalib gəldiyim üçün şadam. Bu qələbə mənim üçün önəmlidir. Çünki məhz Azərbaycanda qalib gəldim. Qələbə yalnız 1 fərdin adına yazılmır. Bu, bütün komanda üzvlərinin səyi nəticəsində reallaşır. Sözsüz, İsmayıllıda böyük fərqlə qalib gəlməyim imkan verdi ki, növbəti mərhələlərdə daha rahat çıxış edim. Çünki vaxta görə rəqiblərimi çox qabaqlayırdım. Nəticədə yekunda çempion oldum. 2012-də “Çin turu”nda yaxşı çıxış etməmişdim. Çünki bu çox çətin yarışdır. Ümid edirəm ki, bundan sonra Çində uğur qazanacağam. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada turlara qatılacağıq. Yaxşı komandamız var. Fiziki hazırlığım da qaydasındadır. Həmin yarışlarda da uğur qazanacağımıza inanıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right