Kiril Pozdnyakov: "Bunu sabah biləcəyik"

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

Newsport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, baş tutan 4 mərhələdən sonra "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderlik edir. Təmsiçimiz mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Komandam dünən olduğu kimi bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. İlk kilometrlərdən dəstəklərini göstərdilər.

- Sabah sonuncu mərhələdi. Liderliyini qoruya biləcəksən?

- Velosiped idman növünd əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Bunu sabah biləcəyik. Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq.

- Ağsu aşırımı sizin üçün çətinlik yaratmadı?

-Təbii ki, çox maraqlı marşurutdu. Oranın gözəl təbiəti var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right