"Tour d’Azerbaidjan-2017": 4-cü mərhələnin qalibi bəlli oldu

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped yarışının 4-cü mərhələsinə yekun vurulub.
 
Newsport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 2.1 kateqoriyalı yarışın bu mərhələsi Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. İştirakçılar İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət ediblər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolayları da marşruta əlavə edilib.
 
Yürüşün qalibi ABŞ-ın "Team İlluminate" komandasının kolumbiyalı üzvü Edvin Avila olub. O, SOCAR köynəyinə sahib çıxıb. "Synergy Baku" komandasından Kirill Pozdnyakov dağ mərhələsinin qalibi kimi AZAL köynəyi geyinib. O, həm də ümumi təsnifatda liderliyini qoruduğu üçün "Synergy" köynəyini qazanıb.  
 
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqdi edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right