"Çox şadam ki, bu mərhələdə qalib gəldim" 4-cü mərhələnin qalibi

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

Newsport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu mərhələnin qalibi ABŞ-nın "İllumination" komandasının üzvü Edvin Avila olub. Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox şadam ki, bu mərhələdə qalib gəldim. Xoşbəxtəm.

- Sprintdə çətinlik çəkmədin?

- Maraqlı oldu. Yol üzüaşağı idi və külək var idi. Sürət də yüksək idi. Amma çətinliklə üzləşmədim.

- Sabah son mərhələdi. Qalib gələ biləcəksən?

- Sabahkı mərhələ fiziki hazırlığıma və bədən quruluşumu görə əlverişlidi. Buna görə də uğur qazanacağıma inanıram.

- Qızlara qarşı biganə deyildin. Onlarla öpüşmək gözəl hissdi, yoxsa qalibiyyət?

- Hər ikisi gözəl idi. Öpüşmək üçün qalib gəlmək lazımdı. Amma öpüşmək daha çox xoşuma gəlir





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right