3-cü mərhələnin qalibi: "Bakı mənim üçün doğma şəhərdi"

Bu gün "Tour d`Azerbaidjan"ın üçüncü mərhələsi baş tutub.

Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu mərhələnin qalibi Avstriyanın "Amplaç" komandasının üzvü Matey Müqerli olub.

Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Dünənki mərhələ çox çətin oldu. Hamı yoruldu. Bu gün çox maraqlı mübarizə baş tutdu. Qəzalar və ötmələr çox oldu. Yaxşı komandam var. Birgə işlədik və gücümüzü tam ortaya qoyduq. Finişə 200 metr qalmış 1-ci yeri tutmaq üçün əlimdən gələni etdim və istəyimə nail oldum.

- Ötən il də bu mərhələdə qalib gəlmişdin. Bu yolları yaxşı bildiyin üçün sənə rahatdı?

- Artıq 4-cü dəfədi burda yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək oldu. Ancaq qalib gəlmək üçün çox şeyə ehtiyac var. Fiziki hazırlığın qaydasında, ayaqların güclü olmalıdı.

- Qəzalar çox oldu. Bu sizə müsbət təsir etdi, yoxsa mənfi?

- Qəzaların olması yaxşı hal deyil. Komanda yoldaşlarını yerdə görmək heç də xoş deyil. Sprint zamanı və yoxuşa çıxarkən daim qəza qorxusunu duyursan.

- Ötən il "Synergy Baku"nun heyətində qalib olmuşdun. Bu il isə başqa komandanın heyətində. Qələbələr arasında fərq var?

- Bəli, fərq var. Bakı mənim üçün doğma şəhərdi. Çünki bir müddət “Sinerji Bakı”nın üzvü olmuşam. Yenidən bu komandaya qayıda bilərəmmi? Məncə, bu sualı Fərhad Əliyevə (AzVİF-in baş katibini nəzərdə tutur – S.) versəz, daha doğru olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right