Hofer: "Kateqoriyanın yüksəlməsi üçün əlavə vəsaitlər olmalıdır"

Bu gün mayın 3-də start götürəcək “Tour d`Azerbaidjan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, tədbirdə yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer jurnalistlərin suallarını cavablandırıb:

- Artıq 6-cı dəfədir ki, “Tour d`Azerbaidjan-2017” yarışı Azərbaycanda keçirilir. Demək olar ki, ötən il keçirilən yarışla eyni mərhələlərdir. Sabah komandaların təqdimatından sonra yarışa start veriləcək. Düşünürəm ki, AzVİF təkcə idman sahəsində deyil, idarəetmədə də çox uğurlu təşkilatdır. Sizin təşkilatdan iki nəfər ötən il Brüsseldə keçirilən konqresdə idarə heyətinə üzv seçilib. Cənab Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin üzvü seçilmişdir.

- Ötən il bildirmişdiniz ki, Ağsu yolları bu yarışa əlavə edilsə, bu, yarışın kateqoriyasının yüksəlməsinə səbəb olacaq. Kateqoriyanın yüksəlməsi üçün daha nə etmək lazımdır?
- Ümumilikdə onu deyə bilərəm ki, hazırda  Azərbaycanın kateqoriyası 2.1-dir. Kateqoriyanın yüksəlməsi təkcə yollara görə deyil, nəticələrə görə də müəyyənləşir. Bu barədə danışıqlar gedir. Kateqoriyanın yüksəlməsi üçün əlavə vəsaitlər olmalıdır, daha çox iş görülməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right