YAP GB-nin üzvləri Velotrekdə yarışıblar FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Respublika Velotrekində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yarış keçirilib.

Newsport.az-ın məlumatına görə, Yarışda YAP GB-nin 14 rayonunun komandası mübarizə aparıb.

Yarışı izləyənlər arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, həmçinin Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov da olub.

Estafet sistemi üzrə keçirilən yarışın yekununda YAP Nərimanov rayonu GB-nin komandası 1-ci yeri tutub. Xəzər rayonu 2-ci, Səbail isə 3-cü olub. Qaliblər medal, diplom və kubokla təltif ediliblər. Bundan başqa, yarışın ən yaxşı nəticə göstərən iştirakçısı Azərbaycan brendi olan "İSMABİKES" velosipedi ilə mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right