MOK baş katibinin müavini Velotrekdə olub

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev bu gün Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right