"Tour d'Azerbaidjan-2017"nin təqdimat çarxı hazırlanıb

Mayın 3-7-də keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" veloturunun təqdimat çarxı hazırlanıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu "Eurosport" kanalı vasitəsilə yayımlanacaq - telekanal veloturu gündəlik icmallar şəklində tamaşaçılara təqdim edəcək.

Newsport.az-ın məlumatına görə, hazırlanmış videoçarx da bu həftədən etibarən tur davam edən günlər də daxil olmaqla "Eurosport" kanalında efirə veriləcək.

"Tour d'Azerbaidjan-2017"nin proqramını bir daha diqqətinizə çatdırırıq:

1-ci mərhələ - 03.05.2017

Bakı - Sumqayıt (150 km)

2-ci mərhələ - 04.05.2017

Bakı - İsmayıllı (187 km)

3-cü mərhələ - 05.05.2017

Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)

4-cü mərhələ - 06.05.2017

Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)

5-ci mərhələ - 07.05.2017

Bakı - Abşeron - Bakı (158 km)

Artıq 6-sı Pro-kontinental, 17-si isə Kontinental olmaqla 23 kollektivin "Tour d'Azerbaidjan-2017"də iştirak edəcəyi təsdiqlənib. Qeyd edək ki, son 2 ildə yarışın komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku" kontinental klubu olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right