Veloparkda iməclik keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı, "İrəli" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Coca-Cola" şirkəti, "ASAN SCHOOL", "YAŞIL ASAN", "IB CLUB" Gənclərin İnkişaf Mərkəzi, "ZİRVƏ" Kursları və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin dəstəyi ilə Veloparkda iməclik aksiyası həyata keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə AzVİF-in vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Səbail RİH-in başçısı Eldar Əzizov da iştirak edib.

1000-ə yaxın iməclik iştirakçısı tərəfindən bir neçə saat ərzində 30 hektara yaxın ərazi təmizlənib, xeyli ağac əkilib. Qeyd edək ki, hazırda Veloparkın yerləşdiyi ərazidəki "Dostluq Park"ı 1970-ci illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub.

2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə federasiya tərəfindən ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb.

Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Bakı-2015 ilk Avropa Oyunlarının BMX növü üzrə yarışlarını qəbul edən idman qurğusu da inşa olunub. Burada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğun olduğu üçün 2018-ci ilin may ayında BMX idman növü üzrə təşkil olunacaq dünya çempionatının təşkilatçılıq hüququ Azərbaycana etibar edilib. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi "Tour d'Azerbaidjan" veloturunun 2-ci mərhələsinin startı da məhz Veloparkdan verilir.

 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right