Velotrekdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. İdman bayramında rayonun tam orta məktəblərində təhsil alan, idmanla məşğul olan, dünya və Avropa çempionatlarında, respublika və Bakı şəhər çempionatlarında qalib olmuş məktəblilər iştirak ediblər.

Newsport.az-ın məlumatına görəTədbir Azərbaycan Velosiped İdmanı Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə başlayıb.

Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ölkə idmançıları builki bayramlarını prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin Yaradılmasının 25 illiyinin qeyd olunması barədə sərəncamının doğurduğu  böyük sevinc hissi ilə qeyd edirlər. Bu əlamətdar hadisədən ölkənin idman həyatında fəal iştirak edən Nəsimi rayon idmançılarına da böyük pay düşdüyünü vurğulayan rayon rəhbəri bədən tərbiyəsi və idman hərəkatının təmsilçilərini əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan idmançılarına daha böyük qələbələr arzulayıb.

İdman bayramında müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları və məktəblilərin hazırladıqları flaşmob tamaşaçıların alqışları ilə qarşılanıb. Tədbir konsert proqramı ilə davam etdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right