Velosipedçimiz Dünya Kubokunda 9-cu oldu

ABŞ-ın Los Angeles şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu - 4-cü mərhələsi başa çatıb. Yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Sergey Omelçenko keyrin növündə 25 iştirakçı arasında 9-cu olub.

Newsport.az-ın məlumatına görə, bu nəticə velosipedçimizə aktivinə 250 reytinq xalı yazmağa imkan verib. Qeyd edək ki, Sergey Omelçenko bunadək Dünya Kubokunun 1-ci mərhələsində 80, 2-ci və 3-cü mərhələlərin hər birində isə 175 xal qazanmışdı.

Beləliklə, Dünya Kubokunun 4 mərhələsinin yekununa əsasən, velosipedçimiz 680 xalla bütün mərhələlərdə iştirak etmiş 42 velosipedçi arasında 13-cü olub ki, bu da ona apreldə Honqkonqda keçiriləcək dünya çempionatının keyrin növündə iştirak hüququ verib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcüd reqlamentinə əsasən, dünya çempionatında iştirak etmək üçün velosipedçilər Dünya Kubokunun mərhələ yarışlarında müvafiq reytinq xalları qazanmalıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right