"Olimpiya hərəkatı-2017"yə start verildi

Məktəblilərin "Olympic Moves" proqramı çərçivəsində velosiped yarışlarına start verilib. İlk yarış Xətai rayonu general Məhəmməd Əsədov adına 29 saylı orta məktəbin şagirdləri arasında baş tutub.

Newsport.az xəbər verir ki, "Olympic Moves" yarışları Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən məktəblilərin kütləvi idman proqramı çərçivəsində təşkil edilir.

Reqlamentə görə, kollektivlər 400 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 8a sinfinin komandası layiq görülüb. 7a və 8b siniflərinin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Diqqət çəkən məqamlardan biri də odur ki, qalib komandanın heyətində 3 saylı Uşaq Evinin 2, 2-ci yeri tutan komandanın heyətində isə 1 şagirdi yer alır.

Qaliblər Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən kubok, diplom və hədiyyələrlə təltif ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right