"Synergy Baku" ilin ən yaxşısı seçildi

"Buta Palace"da 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Newsport.az-ın məlumatına görəmərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbir zamanı 2016-cı ilin idman yekunlarına əsasən, bir sıra nominasiyalar üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" da olub. Belə ki, il ərzində keçirilən yarışlarda uğurlu nailiyyətlərinə görə, kollektiv Azərbaycanda "İlin ən yaxşı klub komandası" nominasiyasının qalibi kimi xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, 2016-cı ildə "Synergy Baku" iştirak etdiyi 4 qitə yarışında  - "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) dünyanın velosiped komandalarının 2016-cı il üçün açıqladığı yekun reytinq siyahısında isə təmsilçimiz planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb. Bu siyahıda Belçikanın 3 klubu "Synergy Baku"nu qabaqlaya bilib ki, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right