Gənclər üçün seminarlar davam edir

Azərbaycan Velosiped İdmanı Federasiyası və "IB Club"un təşkilatçılığı ilə velosiped idmanına maraq göstərən gənclər üçün daha bir seminar təşkil olunub.

Newsport.az-ın məlumatına görə, "Velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən istifadə qaydaları" mövzusuna həsr olunmuş seminar zamanı "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu iştirakçılara velosiped sürməyin xeyri barədə məlumat verib, peşəkar idmançılar əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəliklərini izah ediblər.

Seminar zamanı gənclər arasında velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah