Velosipedçimiz Çində 2-ci oldu

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşü başa çatıb.

Newsport.az-ın məlumatına görə, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın "Synergy Baku" kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın 4-cü və 12-ci mərhələlərində 2-ci olan və son mərhələ öncəsi ümumi təsnifatda 2-ci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb.

Bununla da o, yarışın qalibi, Ukraynanın "Kolss" komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda 2-ci olub və aktivinə 150 UCİ xalı yazıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah