"Media Kuboku" yarışı keçirilib

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti "Media Kuboku" yarışı keçirib. Ənənəvi turnirdə mətbuat sahəsində çalışan 30-a yaxın əməkdaş iştirak edib.

Newsport.az saytının məlumatına görə,Reqlamentə əsasən, iştirakçılar əvvəlcə təsnifat mərhələsində yarışıblar və bundan sonra yarımfinala vəsiqə qazanan 12 velosipedçi müəyyənləşib. Bu mərhələdə onlar hər birində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparıblar.

Finala vəsiqə qazanan 6 nəfər arasında isə ən yüksək göstəriciyə "Space" televiziyasının təmsilçisi Fuad Atakişiyev imza atmaqla turnirin qalibi adını qazanıb. Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü Məhəmməd İsmayılov 2-ci, "AAAF TV"nin əməkdaşı Vüsal Yalçınoğlu 3-cü olub.

Qadınlar arasında ilk 2 yeri "CBC-Sport" kanalının nümayəndələri tutublar - Vəfa Ağabalayeva 1-ci, Leyla Abdullayeva 2-ci olub. 3-cü yerə isə ATV kanalından Xəyalə Məmmədova layiq görülüb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti, "VeloLider" velosiped mağazası və "Astaraçay" tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah