Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək.

Newsport.az-ın məlumatına görəturnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri nümayəndələri də iştirak edə bilər.

Məkan: Velopark (Şıxov)

Başlama vaxtı: 22 iyul, saat 18:00

İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri qiymətli hədiyyələr gözləyir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah