Slovakiyada uğurlu gün

Ölkəmizin "Synergy Baku" kontinental komandasının 5 üzvü Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turunda mübarizə aparır.

Newsport.az-ın məlumatına görə, yarışın dağ mərhələsi sayılan 2-ci günündə  komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini 2-ci keçib.

170 km məsafəni İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən 2-ci olub - 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib.

23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunur. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar yarışın ən uzun məsafəsini qət edəcəklər - 193 km. Sayca 60-cı dəfə keçiriən Slovakiya Turuna iyunun 12-də yekun vurulacaq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah