"Synergy Baku" nın üzvü Ukraynada yenidən 3-cü oldu

Ukraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Ukraine" veloyürüşü start götürüb. 19 komandanın iştirak etdiyi 3 mərhələli yarışda Azərbaycanın "Synergy Baku" kontinental komandası da mübarizə aparır.

Newsport.az-ın məlumatına görəyarışın 161,6 km-lik birinci mərhələsində komanda üzvlərimizdən ən yaxşı göstəriciyə Azərbaycanın U-23 yığması və "Synergy Baku" kontinental komandasının üzvü Samir Cəbrayılov imza atıb - o, 3 saat, 54 dəqiqə, 32 saniyə nəticə ilə həm finiş xəttini 3-cü keçib, həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyi ələ keçirib.

Qeyd edək ki, "Synergy Baku" "Tour of Ukraine"da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparır.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah