Azərbaycan Olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək ÖZƏL

2018-ci ilin iyununda ölkəmiz olimpiya idman növü üzrə daha bir dünya çempionatına ev sahibliyi edəcək. Söhbət velosiped idmanının BMX növü üzrə yarışdan gedir.

Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Newsport.az-a açıqlamasında bildirib: "Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Bakıya gələn Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Brayn Kukson Azərbaycanda velosiped idmanının inkişafı üçün yaradılan infrastrukturu çox bəyəndi. Avropa Oyunlarının BMX üzrə yarışlarının keçirildiyi stadion isə onda olduqca xoş təəssürat oyatdı. UCİ prezidenti dedi ki, bu arena olimpiya standartlarına tam cavab verir və burada istənilən yarışı keçirmək olar".

Sahib Ələkbərov Brayn Kuksonun konkret təkliflə çıxış etdiyini də deyib: "UCİ prezidenti bildirdi ki, əgər istəsək, 2018-ci ildə BMX üzrə dünya çempionatına ev sahibliyini də edə bilərik. Çünki, bu yarışı keçirmək üçün bütün imkanlarımız var, stadion da hazırdı. Lazımi məsləhətləşmələr aparıldıqdan sonra 2018-ci ilin iyun ayında Azərbaycanın BMX üzrə dünya çempionatına ev sahubliyi etməsi ilə bağlı razılıq əldə olundu" - deyə, AzVİF vitse-prezidenti fikirlərini tamamlayıb.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right