“Tour d`Azerbaidjan-2016”nın texniki direktoru: "Yaradılan şəraitdən tam razıyam"

“Tour d`Azerbaidjan-2016”nın texniki direktoru kimi görülən işlərdən tam razı qaldım”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Tour d`Azerbaidjan-2016”nın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer deyib.

“Təşkilat komitəsinin rəhbəri Sahib Ələkbərova minnətdaram.İdmançılar üçün yaradılan şəraitdən tam razıyam. Bəli, ötən il müqayisə apararkən “Tour d`Azerbaidjan”da idmançılar üçün yaradılan şəraitin “Tour de France”dən üstün olduğunu qeyd etmişdim.Yenə də fikrimdə qalıram. Şərait çox yüksək səviyyədə idi. Bakı və Qəbələdə idmançılar çox gözəl otellərdə məskunlaşmışdılar. Hətta bizdən asılı olmayan hava şəraiti də əla idi.Çox qısa bir vaxtda yağış yağdı,bu da bizə heç bir problem yaratmadı.Həm də ilk gündən gərgin mübarizəyə şahidlik etdik”.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirili"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right