Averinin anası: "Maksim yenə qalib gələcək"

“Oğlumun çıxışından çox razıyam”
Bu sözləri Newsport.az saytına “Tour d’Azerbaijan-2016” veloyürüşünün 2-ci mərhələsinin qalibi olan Maksim Averinin anası Tamara Polyakova söyləyib.
Sabiq dünya çempionu oğlunun gələcək yarışları üçün nikbin sözlər deyib: “Əslində 1-ci mərhələdə də ondan qələbə gözləyirdik. Qismət 2-ci mərhələyə imiş. Velosiped idmanı çətin növlərdən biridi. Burda proqnoz vermək çətindi. İstənilən problem bütün hazırlığı puç edə bilər. Ümid edək ki, Maksim yenə yaxşı nəticə göstərəcək və qalib gələcək. Bu yarışın özünü Olimpiadaya hazırlıq da saymaq olar. Oğlumun Olimpiya Oyunlarına daha yaxşı hazırlaşması üçün hələ çox vaxtı var”.
Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right