"Bu qələbə həm mənim, həm də komandam üçün çox vacib idi" - Matey Müqerli

“Bugünkü mərhələ olduqca maraqlı keçdi. Finişə yaxın “Vakerman”la “Nasr-Dubai” komandasının velosipedçiləri hücuma keçdi”.

Bu sözləri Newsport.az saytına “Tour d’Azerbaijan-2016”nın 3-cü mərhələsinin qalibi Matey Müqerli söyləyib. “Synerjy Baku”nun velosipedçisi daha sonra bunları deyib: Markusun arxasınca irəliləyirdim. Son 100 metrdə bütün sürətimi qoyub önə keçdim. Bu qələbə həm mənim, həm də komandam üçün çox vacib idi. Ötən il 3-4 köynək qazansaq da, heç bir mərhələdə hansısa velosipedçimiz finişi birinci keçməmişdi. Bu il isə əksi baş verdi. Qəzalara normal baxmaq lazımdı. Velosiped idmanında belə hallarla tez-tez üzləşirik. "Synerjy Baku” yaxşı mövqedədi. Sabah Aybeqerin şanslarını yüksək  dəyərləndirirəm”.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right