"İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir" - Aleksandr Qusyatnikov

"Hər zaman olduğu kimi, bu il də “Tur d’Azerbaijan” yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın".

Newsport.az sayıtnın məlumatına görə, bunu Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov saytımızın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.Qusyatnikov daha sonra bunları deyib:

"Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz çox əladır. Bu mənada Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri qeyd etməliyəm. Prezident İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir. Ancaq realist olmaq lazımdır. Maksim Averinin bu il Olimpiadada medal qazanmaq şansı var. Çünki trass olduqca mürəkkəb olacaq. Braziliyalılar Olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırır”.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right