"Synergy Baku”ya qayıtdığım üçün çox şadam" - Kirill Pozdniyakov

"Dünən çox yaxşı mərhələ keçdik. Maksim ikinci mərhələnin qalibi oldu. Ona çox kömək etdik”.

Newsport.az sayıtnın məlumatına görə, bunu "Synergy Baku” klubunun velosipedçisi Kirill Pozdniyakov jurnalistlərə açıqlamasında bildirdi. Kirill Pozdniyakov gələcəkdə daha yüksək səviyyəli komandaya çevriləcəyini vurəuladı:

"Mənə elə gəlir ki, bugünkü yarışda da bizdə alınacaq. Yürüşə nəzarət edə biləcəyik. Əlimizdən gələni edəcəyik ki, Averin dünənki uğurunu təkrarlasın. Görək, o, yarışı necə davam etdirəcək. Yenidən “Synergy Baku”ya qayıtdığım üçün çox şadam. Komandaya qayıtdıqdan sonra yüksəliş hiss etdim. Heyətdə gənc və perspektivli velosipedçilər var. Hesab edirəm ki, yarım ildən sonra daha yüksək səviyyəli komandaya çevriləcəyik. Ümid edirəm ki, hər zaman belə sevindirə biləcəyik”.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right