"Synergy Baku"nin üzvü "Tour d'Azerbaidjan"ın 2-ci mərhələsinin qalibi oldu! YENİLƏNİB

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünün 2-ci mərhələsinə start verilib.

Newsport.az saytının məlumatına görə, 18 ölkədən 21 komanda saat 10:30-da Veloparkdan mübarizəyə başlayıb. İştirakçılar İsmayıllı İcra Hakimiyyətinin qarşısında başa çatacaq yürüş boyunca 186,5 km məsafə qət edib. Saat 15:00 radələrində gərgin mübarizədən qalib ayrılan "Sinerjy Baku"nun yerli velosipedçisi, ölkəmizi Olimpiadada təmsil edəcək Maksim Averin finişi birinci keçdi. Yığmamızın üzvü məsafəni 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vurdu. Avstriyanın "Felbeyrmayr" komandasının velosipedçisi Markus Eybeqqer 2-ci, İtaliyanın "Roth" klubunun üzvü Alberto Kekkin isə 3-cü yeri tutub. Ümumi təsnifatda "Cycling Academy Team"in (İtaliya) kanadalı üzvü Gilyem Boivin liderlik edir. Averin hələ ki 4-cüdü. İkinci mərhələdə Boivin ən yaxşı sprinter, "Rusvelo"nun (Rusiya) yetirməsi Eldar Arslanov isə ən yaxşı gənc velosipedçi seçilib. Dağ mərhələsinin lideri isə İtaliya "Unieuro"sunun idmançısı Mauro Finetto olub.  

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth”, “Southeast” (hər ikisi İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right