"Azərbaycanın iqliminin mənə problem yaradacağını düşünmürəm"

“Tour d’Azerbaijan-2016” veloyürüşünün ilk mərhələsinin qalibi olan Fil Bauhavs yarış başa çatdıqdan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az saytının məlumatına görə, alman velosipedçi bunları deyib:

- Bugünki yarışla bağlı təəəssüratların necədir?

- Yürüşə yaxşı başladıq. Komandamızın 2 üzvü bizə çox dəstək verdi. Komandanın lideri də üzərinə düşən vəzifəni yerinə yetirdi. Yarış ümumilikdə bizim üçün yaxşı keçdi. Hansısa gözlənilməz problemlə üzləşmədik.

- Bu qələbə sənin üçün nə deməkdir?

- Bu peşəkar status qazandıqdan sonra əldə etdiyim ilk qələbəmdir. Təbii ki, həmişə qalib olmaq insana fəxarət verir. Ümid edirəm ki, gələcəkdə də yaxşı çıxış edəcəyik.

- Önümüzdəki mərhələlərdən nə gözləyirsən?

- Sabahki mərhələ dağlıq ərazidədi. Mənim kimi sprinterlər üçün belə mərhələlər münasib sayılmır. Fikrimcə, bizim əsas üstünlüyümüz şəhər mərhələsində olacaq.

- Ümumi yarış haqda nə deyə bilərsən?

- İlk dəfədi ki, Azərbaycandakı veloyürüşdə iştirak edirəm. Təəssüratım çox yaxşıdı. Tamaşaçılar çox idi. Yarışdan məmnun qaldım. Təşkilatçılıq olduqca yüksək səviyyədədi.

- Bir avropalı idmançı kimi isti ölkədə yarışmaq sənin üçün çətinlik yaratmayacaq?

- İsti havanı sevirəm. Bu üzdən Azərbaycanın iqliminin mənə problem yaradacağını düşünmürəm. Belçikadakı yarışda həm yağışlı, həm də isti hava şəraitində yarışdıq. Hər hansı çətinlik olmadı. Burda da buna görə çətinlik çəkməyəcəm.

- Hansı komandanı əsas rəqibiniz sayırsan?

- İndidən bunu söyləmək çətindir. Fikrimcə, bütün komandalar güclüdür. Hamısı bizim üçün ciddi rəqibdir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right