"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloturu yüksək səviyyədə təşkil olunub"

"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloturunda mübarizə aparan Estoniya komandasının üzvü Karl Patrik yerli Newsport.az saytına açıqlama verib. İdmançı yarışın təşkilatçılığından razığını bildirib:

"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloturu yüksək səviyyədə təşkil olunub. Azərbaycan ev sahibi kimi bütün işlərin öhdəsindən məharətlə gəlib. Veloturda peşəkar idmançıların mübarizə aparması üçün bütün lazımi şərait yaradılıb".

O, yarışda yüksək nəticə göstərməyə çalışacaqlarını bildirib: "Komandamız yarışa yaxşı hazırlaşıb. Bütün güclü rəqiblərə baxmayaraq, yaxşı nəticə göstərməyə çalışacağıq".

Velosipedçi Azərbaycana valeh olduğunu vurğulayıb: "Ölkənizdə ilk dəfədir oluram. Bura çox gözəldir. Azərbaycanlılar qonaqpərvərdirlər. Burada olmaqdan məmnunam".

Qeyd edək ki, yarışda ümümilikdə 18 ölkədən 21 komanda mübarizə aparır. Veloturda 14 pro-kontinental, 6 kontinental və 1 yığma komanda yarışır. "Tour d'Azerbaidjan-2016"ya mayın 8-də yekun vurulacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right