Pərviz Musayev: "Hər mərhələnin öz qalibi var"

Xəbər verdiyimiz kimi, bu gün “Tour d’Azerbaijan-2016” veloyürüşünə start verilib. Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev yarışla bağlı Newsport.az saytına açıqlamasında yarışla bağlı ümumi məlumat verib:

“Tour d’Azerbaijan-2016” veloyürüşünə bu gün start verilir. Birinci mərhələdə Bakı – Sumqayıt marşrutu üzrə 154 km məsafə qət olunacaq. Velosipedçilər Sumqayıta çatdıqdan sonra şəhər daxilində 5 dövrə vuraraq ilk mərhələni yekunlaşdıracaq. Təxminən günorta saat 2-də yürüşün başa çatacağı gözlənilir. 18 ölkədən 21 komanda “Tour d’Azerbaijan-2016”da mübarizə aparır. Hər mərhələnin öz qalibi var. İlk 3 yeri tutanlar mükafatlandırılır. Bundan başqa ən yaxşı dağ velosipedçisi, ən yaxşı 23 yaşadək olan velosipedçi və ümumi təsnifatın liderinə köynək verilir. Qarşıdakı günlərdə veloyürüş rayonlarımızda baş tutacaq. Mayın 8-də isə sonuncu – 5-ci mərhələ Bakıda keçiriləcək”.   

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right