“Tour d’Azerbaijan-2016” start götürdü YENİLƏNİB

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünə start verilib.

Newsport.az saytının məlumatına görə, 18 ölkədən 21 komanda saat 10:30-da Bayraq Meydanından hərəkətə başlayaraq Sumqayıta doğru istiqamət alıb. Birinci mərhələdə iştirakçılar 154 km məsafə qət edib. Finişə birinci "Bora-Arqon 18"in velosipedçisi Fil Bauhavs çatıb. Alman pilot 3 saat 34 dəqiqə 19 saniyəyə yarışı başa vurub. 124 velosipedçinin mübarizə apardığı yarışda 2-ci yeri Skott Sanderland (İlluminate), 3-cü yeri isə Luka Vakermann (Nasr-Dubai) tutub. "Sinerjy Baku"nun heyətində ən yaxşı göstəriciyə Yannis Tamuridis imza atıb. Yunan velosipedçi ilk "5-liy"i qapayıb.

Bauhavs ən yaxşı sprinter kimi yaşıl, ən yaxşı 23 yaşadək velosipedçi kimi bənövşəyi və ümumi təsnifatın qalibi kimi mavi köynəyə sahib çıxıb. Dağ bölməsinin qalibi olan Məhəmməd Saleh (Terranganu) isə qırmızı köynəyi geyinib. 

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth” (İsveçrə) “Southeast” (İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right