"Tour dAzerbaidjan-2016" veloyürüşü ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün "Tour dAzerbaijan-2016" beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə veloturun Təşkilat Komitəsinin sədr, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

İlk olaraq ölkə Prezidenti İlham Əliyevin ailəsi ilə birlikdə ötən il "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən "Synergy Baku" komandası ilə görüşünü əks etdirən videoçarx nümayiş etdirilib.

S.Ələkbərov "Tour dAzerbaijan-2016" barədə ətraflı məlumat verərək veloyürüşün gözəl idman tədbiri olduğunu,həm də Azərbaycanı beynəlxalq arenada təbliği baxımından mühüm rol oynadığını bildirib: "Bu yarış digərlərindən fərqli olaraq yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanları bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, "Eurosport" kanalının rəsmi məlumatına görə, ötən il "Tour dAzerbaijan" beynəlxalq veloturu barədə videosujetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32.7 milyondan çox televizor bu kanallara köklənib. Marşrutlara gəldikcə, narahat doğuracaq məsələ yoxdur. Düzdür, Şamaxı yolundatəmir işləri gedir. Amma bunun bizə dəxli yoxdu. Hamısı peşəkar velosipedçilərdir".

Vitse-prezident Azərbaycanı təmsil edəcək komandanın hədəflərindən danışıb: "Hədəflər barədə komanda rəhbərliyi danışsa, daha düzgün olardı. Ancaq mən öz mövqeyimi deyim. Məqsədimiz ancaq irəli getməkdir. Azərbaycana ancaq bu yaraşır. Başqa yolumuz yoxdur. Kifayət qədər güclü komandamız var. İki üzvümüz - Rio-2016-da çıxış edəcək. Yeni idmançılar götürmüşük. Velosiped idmanı komanda yarışıdır. Burada təkcə ayaq yox, taktika və strategiya da böyük rol oynayır. Düşünürəm ki, kifayət qədər yüksək nəticəmiz olmalıdır. Ancaq bu yarışdır. Biz heç vaxt konkret hədəf qoymuruq ki, sən birinci yeri tutmalısan. Sadəcə bildiririk ki, Azərbaycanı layiqincə təmsil etməlisiniz".

R.Hofer öz növbəsində velotur barədə fikirlərini bildirib və burada olmaqdan öz məmnunluğunu ifadə edib: "Dünyanın müxtəlif ölkələrində velosiped idmanı binalarında olmuşam, amma buradakı özünə məxsusluğu ilə fərqlənir. Özüm isveçrəliyəm, Azərbaycanda dəfələrlə olmuşam və yarışlarda iştirak etmişəm. Əvvəlkilərində fərqli olaraq bu dəfə texniki direktor kimi iştirak edəcəm. Dünyanın müxtəlif ölkələrindən 21 komandanın iştirakı Azərbaycanda beynəlxalq səviyyəli möhtəşəm yarışın keçirilməsi deməkdir. Ümumilikdə 14 kontinental, 6 kontinental və 1 yığma komanda - Estoniya olacaq. İlk mərhələ Bakı-Sumqayıt olacaq və bu mərhələ əsasən sprinterlər üçündür. İkinci mərhələ Bakı Veloparkından İsmayıllıya qədər - yeni inşa olunacaq velosiped zavoduna qədər olacaq. 3-cü mərhələ Qəbələ - Oğuz - Şəki - Qəbələ marşrutu olacaq. Bu mərhələ olduqca maraqlı keçməlidir. Çünki ötən il yarışın bu hissəsində Pirquluda 40 sm qar var idi. Sonuncu mərhələ isə Bakıda olacaq. Tarixi yerlərdən keçəcək bu mərhələ 5 dövrədən ibarət olacaq. Bunlardan sonra 5-ci "Tour dAzerbaijan-2016"nın qalibi müəyyənləşəcək".

Qeyd edək ki, "Tour dAzerbaijan-2016" 4-8 mayda keçiriləcək. Yarışda Azərbaycan, Estoniya, Almaniya, İsveçrə, ABŞ, Rusiya, İtaliya, Avstriya, israil, yaponiya, Latviya, Qazaxıstan, Slovakiya, Dubay, Küveyt, Malaziya, İtaliya, Portuqaliya komandaları iştirak edəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right