Millimiz Türkiyə və İranla eyni qrupda

Azərbaycanın kişi və qadın həndbolçularının V İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyən olub.

 

Newsport.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, “B” qrupunda yer alan kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə və İran milliləri ilə yarışacaq.

 

Qadınlardan ibarət millimiz isə “B” qrupunda İran, Əfqanıstan və Kamerun yığmaları ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right