Qurban Qurbanovdan gümüş medal

Azərbaycan millisi İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatında daha 1 medal qazanıb. 

Newsport.az-ın məlumatına görə, 72 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçimiz Qurban Qurbanov finalda macarıstanlı Attila Toesmaqi ilə üz-üzə gəlib. O, 1:2 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl idmançılarımızdan Nihat Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) qızıl, Kənan Abdullazadə (67 kq) və Nihat Məmmədli isə bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right