Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb. Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, I tur

20:30. Azərbaycan - Malta - 71:73

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right