Azərbaycan gimnastları İtaliyadan 4 medalla qayıdır

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri keçirilib.

Newsport.az-ın məlumatına görə, turnir Azərbaycan yığmasının üzvləri üçün uğurlu alınıb.

Yığma komandamızın üzvü Bilal Qurbanov 13-16 yaş qrupunda 48.500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə qızıl medal qazanıb.

Fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov qızıl medal əldə edib. İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron cütlüklər proqramında daha bir gümüş medala Nicat Mirzəyev və Əli Niftəliyev sahib çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right